İrəvandakı hərbi bazalar darmadağın edilə bilər

Maraqlıdır, Azərbaycan Silahlı Qüvvələrinin "Tomaqavk" tipli raketə ehtiyacı varmı?

Bu barədə Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu raketlər böyük dağıdıcı gücə malikdir:

“Suriya ordusunun xeyli sayda qırıcıları sıradan çıxıb. Onlar özləri də dəhşətə gəlirlər ki, ancaq lazım olan təyyarələr vurulub. Bundan başqa, bəzi hərbi infrastruktur yararsız hala salınıb. Yalnız 56 raket deyil, bir raket belə məsələnin ciddiyliyindən xəbər verir. Rusiya zabitlərinin dediyinə əsasən, ABŞ-a qarşı heç bir raket güc kompleksləri işə salınmayıb. Özləri də deyirlər ki, raketlərə qarşı hər hansı bir addım atılsaydı, Amerika bizi yer üzündən silərdi. Bütün bu deyimlər Rusiya hərbiçilərinə məxsusudur”.

Polkovnik qeyd etdi, "Tomaqavk" raketlərinə Azərbaycanın heç bir halda ehtiyyacı yoxdur:

“Biz, hansısa uzaq ölkəyə hücm etməyə hazırlaşmırıq. Bizim ABŞ və Rusiya ilə müqayisədə kiçik bir ölkəyik. Kiminsə ərazisini vurmaqla bağlı hər hansı bir iddiamız da yoxdur. O raketlər daha çox iri dövlətlərin bir-birilə mübarizəsində, keçmiş SRR ilə NATO arasında, indi də ABŞ ilə Rusiya arasında olan münasibətlərdə balans rolunu oynamaq üçün istifadə olunan raketlərdir. Azərbaycan Silahlı Qüvvələri üçün bu gün nə lazımdırsa var. Bizim bu gün edə biləcəyimiz yalnız Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsi üçündür”.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR