Unikal teleskop hazırlanacaq

NASA unikal teleskopun hazırlanması üzrə rus alimləri ilə razılığa gəlib.

Metbuat.az bildirir ki, Amerika Kosmik Agentliyi sınaqdan keçirmək məqsədilə maliyyələşdiriləcək 22 innovasiya proyektinin siyahısını təqdim edib. Əvvəllər ayrı-ayrı qruplara təklif edilmiş elmi proyektlərdən 15-i artıq ilk mərhələsindən keçib. Onların 9 aylıq fəaliyyəti üçün 125 min dollar ayrılıb.

İlk mərhələ üçün nəzərdə tutulmuş ideyalara NASA əməkdaşı rusiyalı alim Vçislav Turışevin layihəsi daxildir. "Kosmik teleskop" adlanan layihədə Günəş Yer Planetinin öyrənilməsi üçün cəzibə linzası kimi istifadə edilir. Layihə çərçivəsində naviqasiya aparatı ilə bağlı problemlər, cihazlarla idarəetmə məsələlərinin tam şəkildə həll olunması gözlənilir.

Unikal teleskop 600 astronomik nöqtəyə çıxış əldə edəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR