Rusiyalı milyarder lüks yaxta alıb - FOTO

Rusiyalı milyarder lüks yaxta alıb - FOTO
12:47 8 Aprel 2017
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Severstal" korporasiyasının sahibi, iş adamı Aleksey Mordaşov "Lady M" adlı superyaxta inşa etdirib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, 65 metr uzunluğundakı yaxta hazırda Şotlandiyadakı Qrinok şəhərində, "James Watt Dock Marina"dadır.

Yaxtanın burnunda 1,8 metrlik yaquar var. Bu yaquar fiquru alüminiumdan hazırlanıb.

Hovuzu, cakuzisi, fitnes zalı və helikopter meydançası olan lüks yaxtanın dəyəri 62 milyon dollardır. 14 nəfərlik heyətə malik "Lady M" 12 sərnişin üçün nəzərdə tutulub.

A.Mordaşov 17,5 milyard dollarlıq varidat sahibidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR