Baş nazirin müavini: "Yüksək faizli kreditlər problemi hökuməti ciddi düşündürür"

Baş nazirin müavini: "Yüksək faizli kreditlər problemi hökuməti ciddi düşündürür"
12:57 8 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanları narahat edən kreditlərin yüksək bank faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov bildirib.
 
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub: "Bu, reallıqdır. Prezidentin təşəbbüsü ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil.

Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da dəstək vermək mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür. Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırmanı həyata keçirə biləcəyik". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR