"Bakı Ticarət Festivalı" zamanı ƏDV-nin qaytarılacağı yerlər dəqiqləşdi - SİYAHI

"Bakı Ticarət Festivalı" zamanı ƏDV-nin qaytarılacağı yerlər dəqiqləşdi - SİYAHI
13:05 8 Aprel 2017
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək "Bakı Ticarət Festivalı" dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 bankın 15 filial və şöbəsi tərəfindən həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq müvəkkil bank qismində "Kapital Bank" ASC, "Bank Silk Vey" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC və "PAŞA Bank" ASC müəyyən edilib.

"Bakı Ticarət Festivalı"-nın dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb.

"Bakı Ticarət Festivalı" zamanı Azərbaycan vətəndaşlarıyla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

Adı

Filial və ya şöbə

Ünvan

Yaxın Ticarət Mərkəzi

 

"PAŞA Bank" ASC

Port Baku şöbəsi

Neftçilər prospekti 53

Port Baku TM daxilində

 

"Kapital Bank" ASC

"Gənclik Mall" filialı

Fətəli Xan Xoyski prospekti

"Gənclik Mall" TM daxilində

 

"28 may filialı"

Azadlıq prospekti 26

"28 Mall" TM yaxın

 

"Yapı Kredi Bank Azərbaycan" QSC

"Nərimanov Metropark" filialı

Təbriz küçəsi, 106A

"Metropark" TM daxilində

 

Səbail filialı

Nizami küçəsi 69

"Nərgiz Mall" TM yaxın

 

28 May fililalı

Rəşid Behbudov küçəsi 8

"Park Bulvar" TM və "28 Mall" TM yaxın

 

"Azərbaycan Sənaye Bankı" ASC

Baş ofis

Zərifə Əliyeva 3

"Nərgiz Mall" TM yaxın

 

"Park Bulvar" filialı

Neftçilər pr-ti. Dənizkənarı Bulvar

"Park Bulvar" TM daxilində

 

"Bank Silk Vey" ASC

Baş ofis

Həsən Əliyev küç., 131A

"Gənclik Mall" TM yaxın

 

1 №-li filial

Nizami küç., 142A

28 Mall TM yaxın

 

Havalimanları və Dəniz limanı "tax free" bölməsi

 

1 saylı şöbə

H.Əliyev adına Beynəlxalq Hava Limanı 1 saylı Terminal

Gömrük keçid məntəqəsindən sonra

 

Gəncə filialı

Gəncə Beynəlxalq Hava Limanı

Hava limanında

 

Lənkəran filialı

Lənkəran Beynəlxalq Hava Limanı

Hava limanında

 

Mübadilə şöbəsi

Qəbələ Beynəlxalq Hava Limanı

Hava limanında

 

Şəhər Dəniz limanında tax free bölməsi

Şəhər Dəniz limanı

Gömrük keçid məntəqəsindən sonra

 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR