Sabunçu rayonunda intihar hadisəsi baş verib

Bu gün Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Metbuat.az bildirir ki, təxminən 45-50 yaşlı bir qadın özünü çöxmərtəbəli binadan ataraq intihar edib. Hadisə şahidlərinin bildirdiyinə görə qadın özünü 19-cu mərtəbədən atıb və həyətdəki "KİA" markalı avtomobilin üzərinə düşərək qadının meyidi tanınmaz hala düşüb. Məlumata görə, intihar edən qadın hadisə baş verən binanın sakini olmayıb. Onun binaya gəlişi kompleksin kameralarına düşüb. Kamera görüntüsündən məlum olur ki, orta yaşlı qadın binanın blokuna daxil olarkən liftə minib və 19-cu mərtəbəyə qalxıb. Orada ayaqqabılarını və paltosunu soyunaraq özünü atıb.

İntihar edən qadının avtomobil üzərinə düşməsi “Tarixin ən gözəl intiharı”nı xatırladıb. Belə ki, qeyd etdiyimiz hadisə 1947-ci ilin 1 may günündən baş verib. Adı Evelyn Mchale olan gözəl bir xanım Nyu-Yorkda yerləşən məşhur Empire State-in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar edin. Nəticədə binanın aşağısında dayanmış BMT-ə aid olan limuzin avtomobilinin üzərinə düşüb. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert Viles tərəfindən bu hadisə lentə alınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR