Gərgin keçən ABŞ-Rusiya danışıqları

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriyanın Homs şəhərindəki bazanı bombalaması ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib.

Metbuat.az xəbər verir ki, iclasda Rusiya və ABŞ nümayəndələri arasında gərgin anlar yaşanıb. Rusiya nümayəndəsi ABŞ-ı ittiham edərək, "təkbaşına hərəkət etsəniz, bu, bölgəni yeni faciələrlə üzbəüz qoyacaq" deyə bildirib:

“ABŞ-ın beynəlxalq hüququ pozan hərəkətləri terrorçuları daha da cəsarətləndirir”.

ABŞ nümayəndəsi Niki Hali isə bundan daha artığını etməyə hazır olduqlarını bildirib. O, Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə günahlandırıb:

"ABŞ artıq belə addımların bir daha təkrarlanmasına yol verməyəcək".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR