Translar əsgərlik növbəsinə düzüldü - FOTO

Translar əsgərlik növbəsinə düzüldü - FOTO
13:52 8 Aprel 2017
207 Dünya
Ölkə mətbuatı
A- A+

Taylandda cinsi azlıqlar əsgərliyə yollanmaqdan azad olmaq üçün uzun və bezdirici əziyyətə qatlanmalı olurlar. "Beynəlxalq trans gözəllik kraliçası" Patra Virunthanakij də əsgərlik şöbəsində növbədə gözləyənlər arasında görüntülənib.

Taylandda translar, əslində, əsgərlik xidmətindən azaddırlar, amma şəxsiyyətlərini dəyişdirmələrinə icazə verilmədiyinə görə hərbi xidmətdən "azad" sənədini almaq üçün uzun və çətin bir bürokratik müddətə daxil olmaq məcburiyyətində qalırlar.

Taylandda əsgərlik püşk ilə müəyyən edilir. Çəkdikləri rəngə görə ya əsgər gedirlər, ya da getmirlər.

Əgər püşk zamanı çəkilən kartın rəngi qırmızıdırsa, əsgər getmirlər, amma əgər kartları qaradırsa, əsgərlik öhdəliyi daşıyırlar və bunu yerinə yetirmək məcburiyyətindədirlər.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR