Şikayətə gəlmişdi, canlı yayımda biabır oldu - FOTO

Şikayətə gəlmişdi, canlı yayımda biabır oldu - FOTO
14:05 8 Aprel 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

"Lider" telekanalında yayımlanan "Çıxış yolu" verilişinin dünənki buraxılışında gərgin anlar yaşanıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən Mehman adlı şəxs oğlanlarının onu döyərək evdən qovduğunu iddia edib.

Ancaq canlı yayımda məlum olub ki, əslində, sözügedən şəxs övladını bıçaqlayıbmış. Şikayətçinin 18 yaşlı oğlu Nicat bildirib ki, atası onu bıçaqlayıb və anasının ölümündən sonra evə başqa bir qadın gətirib.

Ekspertlərin kəskin ittihamları ilə üzləşən ata son sözündə oğullarına qarğış edib: "Əziyyətim sizə halal eləmirəm, Allah cəzanızı versin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR