Mağazadan ərzaq oğurlayan şəxs tutuldu

Mağazadan ərzaq oğurlayan şəxs tutuldu
14:17 8 Aprel 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində oğurluq törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də rayon ərazisindəki evlərdən birindən təmir-tikinti alətləri və 350 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Surac MehdiyevTural Mustafayev tutulublar.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yanvarın 19-da şəhər ərazisində "KamAZ" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ədalət Əliyev saxlanılıb.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 6-da şəhər ərazisindəki mağazalardan birindən 75 manat pul, spirtli içki və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ləkçılpaq kənd sakini Anar İsmayılov tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR