Terrorçu qruplaşma təslim oldu

ETA terror qruplaşmasının 40 il ərzində apardığı mübarizədən sonra silahları təslim etməyə başlaması xəbəri yayılıb.

Metbuat.az xəbər verir ki, təşkilatın BBC-yə göndərdiyi məktubda, "bu günü “silahsızlanma günü” kimi qeyd edirik" deyə yazılıb. Bunun əvəzində terrorçu qruplaşmanın həbsdə olan üzvlərinin azadlığa buraxılacağı deyilir.

Lakin Fransa və İspaniya höküməti bunun bir təbliğat olduğunu düşünür. ETA 2011-ci ildə birtərəfli atəşkəs elan etsə də, Fransa və İspaniya rəhbərliyi təşkilatla heç bir danışığa getməyib.

Terror qruplaşma həmin ölkələrdə 800-dən çox insanın ölümü, minlərlə insanın isə yaralanmasında təqsirli bilinir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR