Suriya üzrə tribunal yaradılacaq

ABŞ senatorları Suriya üzrə tribunalın yaradılmasını təklif edib.

Metbuat.az xəbər verir ki, Respublika və Demokratlar partiyaları tribunalın yaradılması ilə bağlı qanunun qüvvəyə minməsini dəstəkləyib. Qanun layihəsinə görə, tribunal yaradılacağı təqdirdə, Suriyada insanlıq əleyhinə törədilmiş cinayətlərin araşdırılmasına nəzarət daha da güclənəcək.

Sənədin müəllifləri tribunala Suriya, Avropa və digər ölkələrdən mütəxəssis hakimləri cəlb etməyi təklif edib.

Layihə Konqresin nümayəndələr palatası tərəfindən təsdiqlənsə, prezidentin sənədi imzalaması ilə qüvvəyə minəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR