DÇ-2018-in mükafat fondu 400 milyon dollar olacaq

DÇ-2018-in mükafat fondu 400 milyon dollar olacaq
14:42 8 Aprel 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2018-ci il futbol üzrə Dünya çempionatının keçirilməsi üçün 1,948 milyard dollar investisiya qoymağı planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş maliyyə hesabatında bildirilib.

Vəsaitin ən böyük hissəsi - 627 milyon dolları (32 %) oyunların təşkilinə sərf ediləcək. Turnirin mükafat fondu isə 400 milyon dollar (22 %) təşkil edəcək. Teleyayım məsələlərinə 241 milyon (12 %), futbolçuları mundialda çıxış edəcək klublara 209 milyon (11 %), digər xərclər üçün isə 211 milyon dollar (11 %) vəsait ayrılacaq.

Qeyd edək ki, 2018-ci il Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR