Prezident Sauli Niinistö: "Finlandiya-Azərbaycan əməkdaşlığı bizə bir sıra ortaq nailiyyətlər qazandırıb"

Prezident Sauli Niinistö: "Finlandiya-Azərbaycan əməkdaşlığı bizə bir sıra ortaq nailiyyətlər qazandırıb"
14:42 8 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin.

İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırmışdır. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq.

Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR