İsveçdə vəziyyət gərgin olaraq qalır

Ötən gün İsveçdə baş verən terror hadisəsindən sonra paytaxt Stokholmda təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

Metbuat.az bildirir ki, yük maşınının piyadaların üzərinə hücumu zamanı 4 nəfərin ölümü, 15-nin isə yaralanması ilə nəticələnən hadisədən sonra Stokholmdakı bütün böyük ticarət mərkəzləri bağlanıb. Müəyyən kinoteatrlara giriş müvəqqəti olaraq qadağan edilib. Metro və şəhərətrafı qatarların fəaliyyətinin dayandırılması paytaxtda nəqliyyat problemi yaradıb.

Hücumun təşkil olunduğu əraziyə yaxın nazirlik və parlament binası bağlanılıb. Həmin strukturları qoruyan təhlükəsizlik qüvvələrinin sayı artırılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR