Moskva metrosunda əllərində partlayıcı maddənin izi olan 5 nəfər saxlanıldı

Moskva metrosunda əllərində partlayıcı maddənin izi olan 5 nəfər saxlanıldı
15:17 8 Aprel 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva metrosunda əllərində partlayıcı maddənin izi olan 5 nəfər saxlanılıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, onlar Qırğızıstan və Qazaxıstan vətəndaşlarıdır.

Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, saxlanılan şəxslərdə əldə düzəldilmiş partlayıcı qurğuların hazırlanmasında istifadə olunan nitroqliserin və teril parçaları tapılıb. Şübhəli şəxslər "Taqanskaya", "Kaxovskaya" və "Kolomenskaya" stansiyalarında saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktından sonra Rusiyada metroda təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR