Türkiyə və İran müharibə edə bilər

Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatına qarşı olan və bunu hər fürsətdəcə dilə gətirən İraqın Baş naziri Heydər İbadi bu dəfə də diqqət çəkən açıqlama ilə yadda qalıb.

Metbuat.az bildirir ki, Türkiyə ilə yanaşı, İranın da bölgədə xüsusi maraqlarının olduğunu deyən İbadi, hər iki ölkənin qarşı-qarşı gələcəyi təqdirdə İraqın bu mövzuda tərəfsiz olacağını açıqlayıb. Baş nazirin sözlərinə görə, Türkiyə ilə İraq arasında yaşana biləcək regional müharibə ölkəsinin xeyrinə olmayacaq. O, eyni zamanda, İraqda keçiriləcək referendum ilə bağlı danışaraq, bölgədəki bir çox dövlətin buna qarşı olduğunu vurğulayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR