Almaniya ABŞ-a dəstək olmaqdan imtina etdi

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen ölkəsinə məxsus "Tornado" döyüş təyyarələrinin ABŞ-ın Suriyaya ehtimal olunan növbəti müdaxiləsi zamanı iştirak etməyəcəyini açıqlayıb.

Metbuat.az bildirir ki, Almaniya təyyarələrinin yalnız beynəlxalq koalisiyanın dəstəyi ilə terrorçularla mübarizədə istifadə olunacağı qeyd edilib. Nazir əsas vəzifənin bölgənin terrorçulardan təmizlənməsi olduğunu diqqətə çatdırıb. Suriyaya müdaxilə etməsindən öncə ABŞ-ın Almaniyadan dəstək tələb etməsinin doğru olmadığı deyilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR