"Real"ın Qrizmann planı

"Real"ın Qrizmann planı
16:22 8 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun futbolçusu Antuan Qrizmann Madridin digər təmsilçisi "Real"ın gündəmindən düşmək bilmir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" Fransa yığmasının üzvünü heyətinə qatmaq arzusundadı.

Bununla belə, "Real" rəhbərliyi tələsmək istəmir. Çempionlar Liqasının son qalibi Qrizmannı 2018-ci ilin yayında transfer etməyi planlaşdırır.
 
Futbolçunun agenti "Real"la yanaşı, "Mançester Siti", "Çelsi" və "Barselona" klublarından təklif gəldiyini bildirib. Qrizmann özü isə bir müddət əvvəl açıqlamasında "Real"a keçmək fikrində olmadığını qeyd etmişdi. 26 yaşlı oyunçu bunu "qalaktikos"un Kriştianu Ronaldo, Qaret Beyl və Kərim Benzema kimi güclü futbolçulara sahib olması ilə əlaqələndirmişdi.
 
Qeyd edək ki, 2014-cü ildən "Atletiko"nun formasını geyinən Qrizmannın klubla müqaviləsinin müddəti 2021-ci ilin yayına kimidi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR