FİFA dünya çempionatına 2 milyard dollar xərcləyəcək

FİFA dünya çempionatına 2 milyard dollar xərcləyəcək
16:24 8 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

FİFA-nın gələn il keçiriləcək dünya çempionatına nə qədər investisiya qoyacağı bəlli olub. Apasport.az saytı xəbər verir verir ki, ali futbol qurumu DÇ-2018-ə 2 milyard dollara yaxın pul xərcləyəcək.

 

Konkret məbləğ 1,948 milyard dollara bərabərdi. Məbləğin ən böyük hissəsi matçların təşkilinə xərclənəcək. Belə ki, FİFA bunun üçün 627 milyon dollar ayırıb. 400 milyon dollar iştirakçı yığmalar, 209 milyon dollar isə dünya çempionatına futbolçu göndərəcək klublar arasında bölünəcək. Televiziya məhsulunun ortaya çıxarılması 241 milyon dollara başa gələcək. FİFA, həmçinin “Rusiya-2018” Təşkilat Komitəsinə 99 milyon dollar ayırıb.

 

Qeyd edək ki, Rusiyada baş tutacaq DÇ-2018 gələn il, 14 iyul – 15 iyul tarixlərində keçiriləcək.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR