Tanınmış modeli belə öldürdülər

Filippinin gözəllik kraliçası hesab olunan Meri Kristin Balaqtaş qətlə yetirilib.

Metbuat.az bildirir ki, 23 yaşlı model ona çiçək və şokolad gətirən şəxslərə qapını açdığında, silahı hücuma məruz qalıb. Nəticədə o, çoxlu sayda güllə yarası alıb. Xəstəxanaya çatdırılan Merinin həyatını xilas etmək mümkün olmayıb. Polis cinayəti törədən şəxslərin hadisə yerindən uzaqlaşdığını qeyd edib.

Xatırladaq ki, Meri Kristin Balaqtaş 2009 və 2010-cu illərdə ölkəsinin "gözəllik kraliçası" seçilib.

Orxan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR