DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yaydı

DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yaydı
17:17 8 Aprel 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR