Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub

Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub
17:17 8 Aprel 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan "Tour de Maroc" yarışına uğurla başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarışın ilk mərhələsi milli komandanın üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb.

148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran K.Pozdnyakov ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət velosipedçini həm də ümumi təsnifatın lideri edib. O, həmçinin sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.

İlk mərhələni "20-lik"də başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var. Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub.

Qeyd edək ki, 10 gün davam edəcək "Tour de Maroc" "Synergy Baku" üçün 3 - 7 mayda keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR