39 milyardı var, şirkətinin yeməkxanasından duz oğurlayır - FOTO

39 milyardı var, şirkətinin yeməkxanasından duz oğurlayır - FOTO
18:05 8 Aprel 2017
153 Maraqlı
Ölkə mətbuatı
A- A+

İKEA şirkətinin sahibi İngvar Kamprad 39 milyard sərvəti olsa da, getdiyi yerlərdən duz qablarını evinə aparır.

Milli.Az publika.az-a istinadın xəbər verir ki, 91 yaşlı milyarder günorta yeməyini adətən, İKEA-nın yeməkxanasında yeyir. Paketdəki duz və istiotu da evinə aparır.

Sərvətinin bir neçə milyon dollarını xərcləyib helikopter ala biləcəyi halda, isveçli milyarder vaxtı olanda ictimai nəqliyyatdan istifadə edir. Xüsusi maşını isə 1993-cü istehsalı olan "Volvo 240"- dır.

Xarici səfərlərində heç vaxt biznes klassda uçmayan milyarder adətən, endirimli paketlərdən yararlanmağa çalışır. Az vergi ödəmək üçün İsveçrədə yaşayan milyarder 4 ildir ki, vətəni İsveçə köçüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR