İngiltərənin xarici işlər naziri Moskva səfərini ləğv etdi

İngiltərənin xarici işlər naziri Moskva səfərini ləğv etdi
18:08 8 Aprel 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin xarici işlər naziri Boris Consonun Moskvaya səfəri ləğv edilib.

Publika.az xəbər verir ki, səfərin ləğv edilməsi barədə İngiltərə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Suriyada yaşanan son hadisələr vəziyyəti dəyişdirdi.

“İlk növbədə atəşkəs üçün koordinasiya halında beynəlxalq bir dəstək göstərmək məqsədilə aprelin 10-11-də ABŞ və digər G7 ölkələri ilə danışıqlar aparmaq niyyətindəyəm. Oxşar fikirdə olduğumuzu göstərmək üçün portnyorlarımızla görüş təyin etmək üçün işləri davam etdirəcəm”-deyə xarici işlər naziri bildirib.

Conson açıqlamasında həmçinin ABŞ xarici işlər naziri Reks Tillersonla da görüşdüyünü, Qərbin Suriya ilə bağlı fikirlərini və mesajlarını Rusiyaya çatdıracağını bəyan edib.

Rusiya tərəfi isə öz növbəsində növbəti görüş ilə bağlı danışıqların aparıldığını, dəqiq tarixin bəlli olmadığını bəyan edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Suriya mövzusu müzakirə olunarkən İngiltərə və Rusiya nümayəndələri arasında gərginlik yaşanmışdı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR