Azərbaycanlı deputatlar Brüsselə gedir

Azərbaycanlı deputatlar Brüsselə gedir
18:33 8 Aprel 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 13-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR