Bu gün 40-ı çıxan şəhidin əkiz övladı olacaq

Bu gün 40-ı çıxan şəhidin əkiz övladı olacaq
18:44 8 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

 
Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 40 gün keçir.
 
 
Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgərlər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.
 
 
Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, şəhid olmuş hərbi qulluqçudan biri, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub. 
 
Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu.
 
Şəhidin atası Yaşar Nəzərov deyib ki, oğlunun 40 mərasiminə rayon ictimaiyyəti ilə yanaşı, rəsmilər də qatılıb. 
 
“Yardımlı rayon icra hakimiyyətinin nümayəndələri, oğlumun döyüş yoldaşları da bu gün 40 mərasimində iştirak edirdi. Allah hamıdan razı olsun. Vətən sağ olsun!”. 
 
Şəhid Şahlar Nəzərovun həyat yoldaşı ana olmağa hazırlaşır. Yaşar Nəzərov deyib ki, gəlini dünyaya əkiz övlad gətirəcək: 
 
“Allah qoysa, oğlumun əkiz övladları dünyaya gəlməlidir. Təki sağlıq olsun. Birinə Şahların, o birinə də öz adımı vermək istəyərəm. Vətən sağ olsun!”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR