Bu qadın ABŞ və Rusiyanı qarşı-qarşıya qoydu

ABŞ-ın Suriyanın Homs şəhərindəki "Əş-Şayrat" aviabazasına endirilən roket zərbələri ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Metbuat.az bildirir ki, zərbələr ABŞ donanmasının qadın admiralı Andriya Slouk tərəfindən həyata keçirilib.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizidəki "USS Ross" və "USS Porter" döyüş gəmilərindən endirilən zərbələr nəticəsində "Əş- Şayrat" aviabazasında Əsəd rejiminə aid döyüş təyyarələri məhv edilib. Hadisədən sonra ABŞ və Rusiya arasında gərginlik hökm sürür.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR