Zidan "Real"da qalacağına əmin deyil

Zidan "Real"da qalacağına əmin deyil
19:05 8 Aprel 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Zinəddin Zidanın növbəti mövsümdə də "Real"ı çalışdırıb-çalışdırmayacağı hələ məlum deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  bu haqda fransız mütəxəssis özü açıqlama verib:

"Real"la müqaviləmin bitməsinə hələ 1 il var. Amma növbəti mövsüm komandada qalacağıma əmin deyiləm. İndi bu barədə heç düşünmürəm. Hazırda məni ancaq mövsümün qalan hissəsi maraqlandırır. 

"Real" böyük klubdur. Hər məşqçi bu komandada çalışmaq istəyir. Mən də hər şeyə hazıram".

Xatırladaq ki, Zinəddin Zidan "Real"ı 2016-c ilin yanvarından çalışdırır. "Kral klubu" ötən mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının qalibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR