Çində turist avtobusu aşdı: 3 ölü, 6 yaralı

Çində turist avtobusu aşdı: 3 ölü, 6 yaralı
19:18 8 Aprel 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yerli turistləri daşıyan avtobus aşıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində, Xebey vilayətində, Şaxe şəhərində baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Məlumata görə, qəza zamanı avtobusda 35 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb. Onların səhhətinin normal olduğu bildirilir.

Qəza zamanı həmçinin bir neçə sərnişin də yüngül xəsarət alıb. Avtobusun sürücüsü hadisənin başvermə səbəbləri araşdırılana qədər müvəqqəti olaraq saxlanılıb.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR