Allahın əsəm ayı olan Rəcəb ayının fəzilətləri

Allahın əsəm ayı olan Rəcəb ayının fəzilətləri
19:22 8 Aprel 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəcəb ayı - fəzilətli üç ayın başlanğıcıdır. Bu üç ayın hər birinin özünəməxsus fəzilətləri vardır. Hətta cahiliyyət dövründə onu haram aylar hesab edib, hörmət göstərərdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) Rəcəb ayının fəzilətləri barəsində buyurur: "Ey insanlar, bilin ki, Rəcəb ayı - Allahın əsəm ayıdır. Həqiqətən elə bir aydır ki, əzəmətli və böyükdür. Bu ayın əsəm adlandırılmasının səbəbi budur ki, heç bir ay fəzilət və hörmət baxımından illərin ayları içərisində Allah Təala yanında ona çatmaz. Rəcəb və Şəban ayı - mənim aylarımdır və Ramazan ayı - ümmətimin ayıdır. Hər kim Rəcəb ayında imanla Allah rizası üçün bir gün oruc tutarsa, Allahın böyük rizvanına nail olacaqdır. Orucu həmin günü Allahın qəzəbini yatızdıracaqdır".
Bu ayda o qədər gözəl hadisələr baş vermişdir ki, onun fəzilətini bir daha artırır. Əmirəl-möminin (ə) mövlud günü - Rəcəb ayının 13-dür, Peyğəmbərin (s) məbəs günü Rəcəb - ayının 27-dir. Bu ayda elə bir gecə vardır ki, fəzilət baxımından Qədr gecəsinə yaxındır. Bundan başqa, bu ayda başqa Məsum İmamların (ə) təvəllüd günləri var. (Erfan)
İmam Baqir (ə) bu ayın ilk günündə dünyaya gözlərini açmışdır. Mübarək ömrünün dörd ilini babası İmam Hüseynlə (ə), 35 ilini atası İmam Səccadla (ə) yaşamış və atasının şəhadətindən sonra 18 il imamətlik etmişdir.
Rəcəb ayının 10-da İmam Cavad (ə) dünyaya gəlmişdir. 8-9 yaşında imamətlik kürsüsünə əyləşmiş və 17 il İmamlıq etmişdir.
Rəcəb ayının 27-si günü - məbəs günüdür və İmam Əli (ə) bu günü belə təsvir edir: "Peyğəmbər (s) o zaman seçildi ki, insanlar cahiliyyət dövrünün fitnələrinə, çaxnaşmalarına düçar olmuşdular. Həqiqətən fitnə din evinin kəndirlərini açar və yəqinlik sütunlarını dağıdardı. Şeytana itaət edərdilər. Onun yoluna addım atardılar və şeytan öz bayraqlarını onların vasitəsilə qaldırmışdı. İnsanlar fitnələrdə əzilir və hamısı ona giriftar olmuşdular".
Lakin Peyğəmbər (s) İslam dinini gətirərək, bütün bu fitnələrə son qoydu və İslam dini zəfər çaldı. Bu gözəl ayın qədrini bilək və onu əldən vermədən, fəzilətlərindən bəhrələnək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR