Millimiz qələbə ilə başladı - YENİLƏNİR

Millimiz qələbə ilə başladı - YENİLƏNİR
20:12 8 Aprel 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunda mübarizəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək.

Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olacaq.

Avropada ən güclülərdən hesab olunan milli komandamız bu qrupun da favoriti hesab olunur. Biro Jadenin yetirmələri ilk sınaqdan üzüağ çıxaraq finallara getmək yoluna inamla başlamağı hədəfləyirlər.

Seçmə mərhələ oyunlarından əvvəl Moldova yığması ilə iki yoxlama matçı keçirən komandamızın yaxşı formada olduğunu söyləmək olar.

Qrupdakı digər oyunda isə Macarıstan Albaniya ilə üz-üzə gələcək.

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

I tur, 8 aprel

Azərbaycan - Bosniya və Herseqovina - 5:3

Qollar: Eduardo, 02:53, Everton Kardozo, 17:46, Bolinya, 18:42, 19:30, 32:36 - Markiç, 06:40, 15:29, Pavloviç, 18:07

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı

Macarıstan - Albaniya - 4:3

Qollar: Rabl, 6, David, 18, Drot, 30, Horvat, 37 - Selamay, 9, Meyzini, 20, Karaya, 36

Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)

Bakı İdman Sarayı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR