Xərçəng hüceyrəsini mikroçip parçalayacaq

Xərçəng hüceyrəsini mikroçip parçalayacaq
20:17 8 Aprel 2017
179 Dünya
Ölkə mətbuatı
A- A+

Xərçəng dövrümüzün ən yayılmış xəstəlikləri sırasındadır. Bu sahədə çoxlu araşdırmalar aparılır və müalicə metodları inkişaf etdirilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  ABŞ-dakı Alabama Universitetindən olan elm adamları, xərçənglə mübarizədə son dərəcə təsirli yeni üsul hazırlayıb.
Uzun müddətdir şiş hüceyrələrinin məhvi üzərində araşdırmalarını davam etdirən tədqiqatçılar, kiçik ölçülərdə mikroçiplər hazrladı.
İçərisində kimyaterapiya müalicəsində istifadə edilən doksorubisin adlı dərman olan mikroçiplər, şişin meydana gəldiyi bölgəni təyin edərək ora yerləşir.
Həkimlər ultra şüalar vasitəsilə mikroçipin şiş bölgəsində parçalanmanı təmin edir.
Bu sayədə dərman şişli hüceyrədə funksiyasını həyata keçirməyə başlayır. Xərçəng müalicəsində yeniliklər gətirəcəyi ilə xarakterizə edilən mikroçiplər, iynə ilə bədənə köçürülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR