Naxçıvanda Kətə festivalı keçirilir - FOTO

Naxçıvanda Kətə festivalı keçirilir - FOTO
20:27 8 Aprel 2017
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 8-də Naxçıvan şəhərində yerləşən "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Kətə festivalının açılış mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil edilib.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin "Qədim musiqi alətləri" və "Gənclik" instrumental ansambllarının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə" instrumental ansamblının, Naxçıvan Aşıqlar Birliyinin aşıqlarının və "Şərur" Xalq Yallı Ansamblının ifaları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kətə festivalı aprelin 9-da davam edəcək.

Qeyd edək ki, ötən il Naxçıvanqalada "Yaradıcı əllər", "Göycə", "İstedadlı uşaqlar", "Plov", "Yallı", "Naxçıvan çörəkləri", "Arıçılıq məhsulları - Bal" festivalları da keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR