Polşada binada partlayış olub, ölənlər var

Polşada binada partlayış olub, ölənlər var
20:47 8 Aprel 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Polşanın Svebodzitse şəhərində yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, dörd nəfər xəsarət alıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində bina uçub. İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.    
 
Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
 
Partlayış baş verən an binada 15 nəfər olub.
 
Hadisə yerində xilasetmə-axtarış işləri davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR