"Elşada görə öpüşməyə razılaşdım" - Oksana

"Elşada görə öpüşməyə razılaşdım" - Oksana
20:52 8 Aprel 2017
505 Şou
Ölkə mətbuatı
A- A+

"Kiçik bir öpüş çox böyük səs-küyə səbəb oldu. Biz düşünmədik ki, öpüşək, reytinq toplayaq". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Xəzər maqazin"ə açıqlamasında deyilib.
 
Sənətçi "Mələyin öpüşü" filmindəki obrazından, keçmiş həyat yoldaşı Elşad Xose ilə səmimi görüntülərindən danışıb:

"Bizim münasibətimizin 0,5 faizini filmdə görəcəksiniz. Hələ nələr var, nələr. Düşündük ki, elə edək heç kim inciməsin. Qərara gəldik ki, Oksana ancaq Elşadla öpüşə bilər. Elşad yox, başqası olsaydı, qəbul etməzdim. Ya səhnəni ssenaridən çıxardardım, ya da filmə çəkilməzdim. Düşünürəm ki, Elşad da bunu başqası ilə etməzdi. Məhz Elşada görə öpüşdüm".

O.Rəsulova Elşadla yenidən ailə quracağı haqda xəbərlərə belə cavab verib: 

"Nikaha tövbə etmişəm. Mən heç vaxt nikah kəsdirməyəcəm. Bilmirəm, Elşad nə düşünür. Bəlkə sabah başqasıyla ailə qurdu. Heç vaxt Elşad söhbətindən qaçmamışam. Mən onu sevmişəm, demək, ona layiq olub. Hələ treyler gəlir, soundtrek olacaq. Görün orda nələr olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR