“YARAT Akademiyası”nın ikinci mərhələsi başlayır

“YARAT Akademiyası”nın ikinci mərhələsi başlayır
21:05 8 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 12-də "YARAT" Müasir İncəsənət Mərkəzi "YARAT Akademiyası" layihəsinin ikinci mərhələsinə başlayır.

AZƏRTAC xəbər verir ki, ikinci mərhələ müxtəlif ölkələrdə mövcud olan kuratorluq sənətinin öyrənilməsinə həsr edilir. Belə ki, iştirakçılar beynəlxalq səviyyəli kuratorların mühazirələri ilə yanaşı, praktiki hissədə kiçikmiqyaslı kurator layihələrini hazırlayacaqlar. Kurs çərçivəsində müxtəlif yerli rəssamların emalatxanaları ziyarət ediləcək, onlarla yaradıcılıq haqqında müzakirələr aparılacaq. Bütün mühazirələr Azərbaycan dilinə sinxron tərcümə olunacaq.

Dərslər "YARAT" Müasir İncəsənət Mərkəzində hər çərşənbə və cümə günləri, saat 19:00-da baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR