Peyğəmbərimizin (s) 4 cür sükutu olardı

Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
21:12 8 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbərin (s) sükutunun səbəbləri nə idi?

İmam Hüseyn (ə) buyurur: "(Atamdan) o Həzrətin sükutu barəsində soruşdum, buyurdu: Peyğəmbərin (s) sükutu dörd cür olardı:
1. Mülayimlik.
2. Çəkinmək.
3. Təqdir.
4. Təfəkkür üçün.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mülayimlik və səbirdəki sükutu bu idi ki, heç bir şey Həzrəti qəzəbləndirməzdi.
Çəkinməkdəki sükutu dörd şeyə görə olardı:
1. O yerdə ki, istəyərdi işin ən yaxşı formasını tapsın ki, insanlar da həmin işdə ona iqtida etsinlər.
2. O yerdə ki, danışmaq qəbahətli olardı və istəyirdi ki, qarşı tərəfə də öyrətsin ki, ondan çəkinsin.
3. O yerdə ki, istəyirdi ümmətinin faydasına mütaliə və təfəkkür etsin.
4. O yerdə ki, istəyirdi elə bir işə əl atsın ki, dünya və axirətin xeyiri onda idi. (Həvzəh)
Təqdirə görə sükutu bu idi ki, bütün insanları bir gözlə görmək və hamısının sözünə eyni cür qulaq asmaq istəyirdi.
Təfəkkürdə sükutu isə belə idi ki, nələrin qalıcı və nələrin fani olması barəsində düşünərdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR