"Qurd" ləqəbli Cavad silah satarkən tutuldu

"Qurd" ləqəbli Cavad silah satarkən tutuldu
21:12 8 Aprel 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ticarət mərkəzində silah satmaq istəyən şəxs tutulub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, daxil olan məlumat əsasında Qaradağ rayon 10-cu polis bölməsinin əməkdaşları Lökbətan qəsəbəsində ''Sədərək'' ticarət mərkəzində Masallı rayon sakini ''Qurd' ləqəbli Cavad Rəhimovu saxlayıb. Onun üzərinə baxış keçirilərkən ''TT'' markalı tapança aşkar edilib.
Bölmədə dindirmə zamanı Cavad Rəhimov həmin silahı bir neçə il əvvəl xarici ölkədən aldığını və satmaq niyyəti ilə paytaxta gətirdiyini deyib.
Əvvəlcədən məlumat daxil olduğundan onun odlu silahı satmaq niyyətini 10-cu polis bölməsinin əməliyyatçıları ürəyində qoyub. Tanışları arasında ''Qurd'' ləqəbi almasını isə Cavad Rəhimov belə izah edir.
İndi polis onun həmin silahla cinayət törədib -törətməməsini araşdırır.
Cavad Rəhimov barəsində bölmədə toplanmış material baxılması üçün Qaradağ rayon polis idarəsinə göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR