Güclü külək Qazaxı işıqsız qoydu - VİDEO

Güclü külək Qazaxı işıqsız qoydu - VİDEO
21:53 8 Aprel 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.

Publika.az xəbər verir ki, Qazaxın bəzi hissələrində, eləcə də şəhərə yaxın kəndlərdə, o cümlədən Canallı, Ağköynək və Xanlıqlarda enerjinin verilişində fasilə yaranıb.

Küləyin rayon ərazisində dağıntı və başqa fəsadlar yaradıb-yaratmaması ilə bağlı hələlik hər hansı məlumat yoxdur.

Hazırda küləyin gücü qismən azalsa da, yağışlı hava davam edir. Qeyd edək ki, yağışla müşahidə olunan güclü külək axşam saatlarından əsməyə başlayıb.

Güclü külək ətraf rayonlarda - Ağstafa, Tovuz, Şəmkirdə də müşahidə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/194317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR