“Azərbaycan qrupdakı əsas favoritdi” – Bosniya və Herseqovina millisinin baş məşqçisi

“Azərbaycan qrupdakı əsas favoritdi” – Bosniya və Herseqovina millisinin baş məşqçisi
22:12 8 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan yığmasını təbrik edirəm. İlk hissənin sonunda konsentrasiyamızı itirdik və qol buraxdıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri futzal üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi Boro Matan deyib.
 
AÇ-2018-in seçmə mərhələsinin B qrupunda millimizlə üz-üzə gələn balkanlıların çalışdırıcısı 4:5 hesabı ilə məğlub olduqları oyunu şərh edib: "Ümumiyyətlə isə, demək olar ki, oyun yaxşı keçdi. Hesabda geri düşdüyümüz vaxt 5 oyunçu ilə oynayıb rəqibi sıxmaq istədik, ancaq sonradan yenidən 4 futbolçulu sistemə keçdik. Azərbaycan qrupdakı əsas favoritdi. Bizim üçün də yaxşı olar ki, onlar bütün oyunlarda qələbə qazansın. Biz də öz növbəmizdə çalışacağıq ki, digər matçlarda qalib gəlib, ikinci pilləni tutaq"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR