Ananas qabığının faydaları

Ananas qabığının faydaları
22:17 8 Aprel 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər bütün üzvi meyvələrin qabıqları ilə birlikdə yeyilməsini tövsiyə etsə də, ananas bu qəbildən istisna sayılır.

Bəs ananas qabığının sərt quruluşu səbəbindən ondan faydalana bilmərikmi? Təbii ki, faydalana bilərik, bəlkə qabığı yeyə bilməsək də, amma qabığını istifadə edib şirə hazırlaya bilərik.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ananas qabığının faydaları aşağıdakı kimidir:
 
1. Xərçəngə qarşı effektivdir.
 
2. Qan dövranını sürətləndirir. Laxtalanmanın qarşısını alır.
 
3. Güclü iltihablanmanın qarşısını alır və yaxşı antioksidantdır.
 
4. Bağırsağın fəaliyyətini gücləndirir. Qəbizliyin qarşısını alır.
 
5. Əməliyyat nəticəsində əmələ gələn yaraların sağalmasında təsirlidir.
 
Ananas qabığından faydalanmaq istəyirsinizsə, bu 2 reseptdən istifadə edə bilərsiniz.
 
Ananas qabığının qaynadılması
 
Qabıqları yuduqdan sonra kiçik hissələrə​ bölün və bir litr suda qaynadın. Qapağı örtülü şəkildə 15-20 dəqiqə qaynatdıqdan sonra, istər isti, istər soyuq halda içə bilərsiniz.
 
Ananas qabığının fermentləşdirilməsi
 
Ət və ya balığın yanında istehlak edildikdə həzm sisteminizi asanlaşdıracaq.
 
Qabıqları xırda doğrayandan sonra hava keçirməyən bir şüşə və ya keramik qaba qoyuruq. Bu qaba 2 litr su və 500 qram qəhvəyi şəkər, şəkər qamışı və ya şəkər qamışı siropu əlavə edirik.
 
İstəsəniz bal da əlavə edə bilərsiniz. Ağzını möhkəm bağladığınız qarışığı 48 saat ərzində otaq temperaturunda saxlayıb sonra yaxşıca süzün. Bir litrə qədər su əlavə edib 12 saat daha saxlayın.
 
İkinci günün sonunda da məhlulu süzdükdən sonra, bir litrə qədər su əlavə edib 12 saat saxlayın. Sonra süzdüyünüz qarışığa 250 ml. su əlavə edərək, içməyə hazır vəziyyətə gətirin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR