Milli Şuranın mitinqində jurnalistlərlə bağlı insident qeydə alınmayıb

Milli Şuranın mitinqində jurnalistlərlə bağlı insident qeydə alınmayıb
22:22 8 Aprel 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Mətbuat Şurası müxalifət qüvvələrinin formalaşdırdıqları Milli Şuranın bu gün - aprelin 8-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından Milli.Az-a daxil olan məlumatda bildirilir ki,  bu iş Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən həyata keçirilib. Qrup aksiyanı işıqlandıran jurnalistlərlə bağlı hər hansı insident qeydə almayıb. Eyni zamanda prosesdə iştirak edən jurnalistlərdən də müraciət daxil olmayıb.
 
Monitorinq qrupu həmçinin mitinqdə jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraiti də nəzərdən keçirib. Mövcud istiqamətdə də hər hansı nöqsan nəzərə çarpmayıb.
 
Jurnalistlər əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar. Bununla belə bu zəruri tələbə əməl etməyən kütləvi informasiya vasitələri təmsilçiləri də müşahidə edilib. Mətbuat Şurası bildirir ki ki, kütləvi aksiyaları işıqlandıran jurnalistlərin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olmamaları yarana biləcək insidentlər zamanı onların hüquqlarının qorunmasını məhdudlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR