Allah məkandan ehtiyacsızdır

Allah məkandan ehtiyacsızdır
22:47 8 Aprel 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Sabit ibni Dinar nəql edir: "İmam Səccada (ə) sual verdim: "Deyə bilərikmi ki, Allah müəyyən məkandadır?".

Həzrət (ə) buyurur: "Allah ondan münəzzədir".
Dedim: "Bəs nəyə görə Peyğəmbər (s) səmaya seyr etdi?".
Həzrət (ə) buyurdu: "Ona səma mələkutunu və məxluqlarını göstərmək üçün". (Həzvəh)
Dedim: "Allahın bu kəlamının mənası nədir: "(Yerdən) üstün üfüqdə olduğu halda. Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu. Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi. Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi". ("Nəcm" 7-10).
Həzrət (ə) buyurdu: "Məqsəd Peyğəmbərdir (s) və Həzrət nur hicablarına yaxınlaşır və səma mələkutunu görür. Sonra aşağı enir və aşağıdan yerin mələkutuna baxır və özünü yerə o qədər yaxın görür ki, sanki arasında iki kaman və ya daha az məsafə vardır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR