Antibiotiklərin qəbulu XƏRÇƏNGƏ səbəb ola bilər

Antibiotiklərin qəbulu XƏRÇƏNGƏ səbəb ola bilər
23:03 8 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Antibiotiklərin 15 gün və bundan daha uzun müddət ərzində qəbulu bağırsaq xərçənginin riskini 73%-ə qədər artırır.

Antibiotiklərə görə bağırsaqlarda polip və digər törəmələr əmələ gələ bilər ki, onların xərçəngə çevrilməsi riski yüksək olur.

The Daily Mail xəbər verir ki, yaş artdıqca antibiotiklərin qəbulu ilə bağlı təhlükə daha da artır. Belə ki, 40-50 yaşlı insanlar üçün antibiotiklərin uzunmüddətli qəbulu 20-30 yaşlı insanlarla müqayisədə daha risklidir.

Tədqiqatçılar qeyd edirlər ki, antibiotiklərin uzunmüddətli qəbulu bağırsaqların mikroflorasını pozur ki, bu da xərçəngin inkişafına bilavasitə təsir edir. (saglamolun.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/194303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR