Naxçıvanda kətə festivalı keçirilir

Naxçıvanda kətə festivalı keçirilir
23:39 8 Aprel 2017
232 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Kətə festivalının açılış mərasimi olub.

 

Lent.az AzərTac-a istinadən xəbər verir ki, festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil edilib.

 

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansambllarının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Aşıqlar Birliyinin aşıqlarının və “Şərur” Xalq Yallı Ansamblının ifaları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Kətə festivalı aprelin 9-da davam edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR