Bəşərin ikinci atası kimdir?

Bəşərin ikinci atası kimdir?
23:47 8 Aprel 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Nuhun (ə) adı Quranda 40 dəfə çəkilmişdir. Ancaq harada doğulduğu və harada dəfn olduğu bəyan edilməmişdir. Nuhun (ə) dastanı Quranın 6 surəsində bəyan edilmişdir: "Əraf", "Hud", "Muminun", "Şüəra", "Qəmər", "Nuh".

O, ilk ulul-əzm peyğəmbər olmuşdur ki, səma kitabına və şəriətə malik olmuşdur. O, tövhidi, namazı, əmr-be-mərufu, ədaləti, vəfanı təbliğ etmişdir. Onun risalət dövrü 950 il olmuşdur.
O, bəşərin ikinci atası və bütün peyğəmbərlərin atasıdır, Adəm (ə) və İdris (ə) peyğəmbərlərdən başqa. Nuhun dastanına Tövratda da rast gəlmək olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran Nuhu "Şeyxul-ənbiya" adlandırır və tənha peyğəmbərdir ki, risalətinin zamanı Quranda qeyd edilmişdir. O, elə peyğəmbər olmuşdur ki, Adəmdən (ə) sonra yaranan zülm və şirklə mübarizə aparmışdır. Onun həyat yoldaşı və övladları belə, onunla müxalif olmuşdular.
Həzrət Nuh (ə) - o peyğəmbərlərdəndir ki, Allah ona salam vermişdir: "Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin)". ("Saffat" 79).
Allah Təala Həzrət İbrahimə (ə), Musaya (ə), Haruna (ə), İlyasa və saleh bəndələrinə də salam vermişdir, ancaq heç birində "fil-aləmin" sözü işlənməmişdir. (Tebyan)
O, uzun yaşamış tək peyğəmbərdir ki, insan bəşərini gəmi vasitəsilə xilas etmişdir. Ona görə də ona "Əbul-bəşəri-sani" ("Bəşərin ikinci atası") də deyirlər.
O, tək peyğəmbər olmuşdur ki, bir nifrini ilə Allah yeri suya qərq etmişdir. 950-illik risalətinə baxmayaraq, ancaq 8 nəfər tərəfdaşı olmuşdur.
Hədislərin buyurduğuna görə, onu ona görə Nuh adlandırmışdılar ki, öz ümməti üçün növhə oxuyardı. Ümmətinin qəlbi öldüyü üçün, onun bu sözlərini dinləmir və qəflətdən ayılmırdılar. "Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər". ("Əraf" 64).
Həzrət Nuh (ə) o peyğəmbərlərdən idi ki, Allah onu salehlərdən hesab etmiş və onu şakir bəndə adlandırmış, onu mömin bəndələrin zümrəsində qərar vermişdir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR