İŞİD-in 3 komandiri məhv edildi

İŞİD-in 3 komandiri məhv edildi
23:57 8 Aprel 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın hərbi kəşfiyyatı Mosulda İŞİD terror qruplaşmasının Rusiyadan olan iki komandirinin məhv edildiyini xəbər verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Alsumaria" telekanalı məlumat yayıb.
Kəşfiyyatçılar bildiriblər ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələrinin Mosulun qərbinə endirdikləri zərbə zamanı öldürülüblər.
"Hərbi Kəşfiyyat İdarəsinin xəbərinə görə, beynəlxalq koalisiya Mosulun qərbində İŞİD-in əcnəbi əsilli bir neçə komandirini daşıyan avtomobilə zərbə endirib" - deyə telekanal bildirib.
Məlumata görə, hava zərbəsi nəticəsində əslində terror qruplaşmasının 3 komandiri öldürülüb. Onlardan biri - Əbu Hüzeyfə rus, "Əbu Tamar" isə çeçen əsillidir.
Lakin öldürülmüş daha bir İŞİD komandiri əl- Mətyutinin milliyyəti açıqlanmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR