Rusiya dünyaya yenidən göz dağı vermək istəyir

Rusiya dünyaya yenidən göz dağı vermək istəyir
00:05 9 Aprel 2017
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiya öz hava məkanını qorumaq üçün "Miq-31" uzaq radiuslu qırıcılardan istifadə etməyə davam edir. Lakin, Moskva qərara alıb ki, bu qırıcı təyyarələri daha da modernləşdirmək zərurəti var.
Əlbəttə ki, Rusiyanın hərbi kontingentində "Miq-31"lər 2030-cu ilə qədər qala bilər, lakin gec-tez onu əvəzləmək lazımdır.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda ABŞ-ın nüfuzlu "The National İnterest" nəşri yazıb. Məlumata görə, Rusiya hakimiyyəti "Miq-41"lərin hazırlanması üçün ilkin maliyyə vəsaitlərini ayırıb.
Rusiyalı hərbi ekspert Vasili Kaşin bildirib ki, "Miq-41"lərin hazırlanması layihəsinin gələcəyinə ümidlə baxır.
 
Onun fikrincə, buna bənzər layihələr 5 və ya 6-cı nəsil döyüş təyyarələrinin istehsalına gətirib
 
Rusiyanın müdafiə sənayesindəki mənbə isə deyib ki, Rusiyanın bu qırıcı təyyarələri istehsal etmək üçün kifayət qədər resurslara sahib olmasına bir çoxları şübhə edir. Lakin, bu, belə deyil.
Şübhəsiz ki, Moskva bu hərbi təyyarələrin dövriyyəyə girməsinə ciddi şəkildə ümid edir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR