Tovuzda VAZ atlını vurdu

Tovuzda VAZ atlını vurdu
00:49 9 Aprel 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda avtomobil atlını vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səfərli Sərxan Vidadi oğlu atla hərəkət edən zaman Sadıqov Etibar Həsən oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR